Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qəbula gələnlərin sayı azalıb.
Bu barədə Oxu.Az-a Nazirlikdən məlumat verilib.
Belə ki, cari ilin birinci rübü ərzində ƏƏSMN-nə qəbula gələn vətəndaşların sayı 2256 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1288 nəfər (36,6%) azdır.
Nazirliyin məlumatına görə, o cümlədən Nazirliyə qəbula gələnlərin sayı ötən ilin müvafiq ayları ilə müqayisədə cari ilin yanvar ayında 6,5%, fevral ayında 48,7%, mart ayında 45,7% azalıb.
Müraciət edənlərin 53 nəfəri nazir, 70 nəfəri nazir müavinləri və aparat rəhbəri, digərləri nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul edilib.