Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Neftçalada heyvanla rəhmsiz rəftar edən şəxslər SAXLANILDILAR
Neftçalada gənc oğlanın əlində olan pişik balasını kənara tullaması, insanların hiddətinə səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, heyvanla rəhmsiz rəftar edən şəxslər Neftçala rayonunda müəyyən olunaraq saxlanılıblar.
"Görüntülərdə əks olunan şəxslər - 2007-ci il təvəllüdlü A.C. və həmin görüntüləri sosial şəbəkə hesabında paylaşan qohumu 2008-ci il təvəllüdlü V.F. polis şöbəsinə dəvət olunublar. Onlar barəsində polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar