Neftçalanın sabiq icra başçısının müavini Gültəkin Sadıqova azadlığa buraxılıb.
Oxu.Az-ın məlumata görə, G.Sadıqova Amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Qeyd edək ki, G.Sadıqova Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyevlə birlikdə həbs edilmişdi.
O, 4 il 6 ay azadlıqdan məhrum olunmuşdu.
Samir Əli