Bakının mərkəzi prospekt və küçələri bu gün qismən bağlanacaq.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən Neftçilər prospekti və Yusif Səfərov küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.
Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması adıçəkilən ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.
