Məlumdur ki, qocalıq nisbi anlayışdır. O, özünü üzdə yox, qəlbdə yaranan qırışlarla büruzə verir. Bəzən isə qocalıq yorğunluqla, günbəgün, hətta ilbəil təkrar olunan hərəkətlərlə yaranır. Bununla əlaqədar olaraq “Active Mom Club” analar cəmiyyəti 50 yaşdan yuxarı qadınlar üçün “Nənələr sağ olsun” adlı sosial layihə reallaşdırmağı qərarı aldı.
Oxu.Az xəbər verir ki, əsas məqsəd nənələrə sosial və ictimai həyatda nə qədər önəmli yer tutduqlarını göstərmək və faydalı, eyni zamanda, maraqlı asudə vaxt keçirtmək üçün yardım etməkdir. Körpələrin həyatında olduqca mühüm yer tutan məhz nənələrdir, hansı ki, valideynlərin məşğul olduğu bir vaxtda yardıma gəlir və nəvəsinin qayğısını üzərinə götürür. Nənələr nəinki öz övladlarını tərbiyə edib böyüdüb, həm də nəvələrini boya-başa çatdırıb. Onlar da özlərinə vaxt ayırmağa və özləri ilə məşğul olmağa layiqdirlər.
Klub daxilindəki nənələri yaradıcılıq işləri, maraqlı insanlarla görüşlər və əyləncəli gəzintilər gözləyir.
Nənələrlə ilk görüşü psixoloq, şəxsi inkişaf sahəsi üzrə mütəxəssis Ellada Qirona keçirdi. O, qadınlarla həyat tərzinin sirlərini bölüşdü, gündəlik həyatda antistressin vacibliyindən, hər bir insanın olması gərəkən arzularından danışdı. Psixoloqla birgə qadınlarımız təcrübə zamanı gərgin vəziyyətdə özünə ilk yardım edərək dərin rahatlığı əldə etməyin texnikalarını öyrəndilər.
Görüşün sonunda nənələrə “qadın məktubları” yazmaq tapşırıldı. Onlardan hər biri həyatın axarını hiss etmək özünü daha gümrah görmək üçün kağızlarda məktublar yazdılar. Bir sözlə, gecə olduqca maraqlı keçdi.
Nənələr klubuna 50 yaşdan yuxarı istənilən qadın qoşula bilər. Bunun üçün (+99450) 365 45 71 nömrəsinə zəng etməyiniz kifayətdir.
Klubun tədbirləri haqqında aşağıdakı səhifələrdən məlumat almaq mümkündür:
https://www.facebook.com/groups/activemomsclub/
https://www.facebook.com/ActiveMomsClub/
https://www.instagram.com/activemomsclubbaku/
A.S.
www.oxu.az