Böyük Britaniya “Brexit” üçün 100 milyard avro ödəməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə krallığın Avropa İttifaqından çıxması üzrə nazir Devid Devis bəyan edib.
“Vəzifə və öhdəçiliyimizi ətraflı şəkildə müzakirə etməliyik”, - o deyib.
Nazir, həmçinin qeyd edib ki, Britaniya hökuməti Brüsseldən hələlik Aİ-dən çıxmaq üçün hansı məbləği ödəməli olmalarına dair məlumat almayıb.
Daha öncə “The Financial Times” Fransa və Almaniyanın 100 milyard avro məbləğə iddia etdiklərinə dair məlumat yaymışdı.
N.О.
www.oxu.az