“Koronavirusa dair metodiki göstərişlərdə bildirilir ki, ictimai nəqliyyatda tibbi maska taxmaq zəruridir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
O qeyd edib ki, maska taxılmamasına görə cəriməni Nazirlər Kabineti yanında operativ qərargah tənzimləyəcək:
“Hər şeyi cəriməyə çevirmək düz deyil. Biz maarifləndirməyə üstünlük verməliyik”.
“Əgər sıxlıq həddindən çox olarsa, bunun üçün məhdudlaşdırıcı tədbirlər görüləcək”, - deyə sədr qeyd edib.
İlhamə Əbülfət