Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Nəriman Nərimanov" stansiyasında sərnişinlər qatardan düşürdülüblər
Bakı metrosunun "Nəriman Nərimanov" stansiyasında sərnişinlər qatardan düşürdülüb.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlanıb.
Sorğumuza cavab olaraq qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hadisəyə səbəb metronun "Gənclik" stansiyasında qatar stansiyanı tərk edərkən sərnişinlərdən birinin yanıq qoxusunun gəldiyini bildirməsi olub:
"Metronun "Gənclik" stansiyasında qatar stansiyanı tərk edərkən sərnişinlərdən biri maşinist rabitəsindən istifadə edərək məlumat verib ki, yanıq qoxusu gəlir. Bu səbəbdən metronun "Nəriman Nərimanov" stansiyasında qatara baxış keçirilib. Baxış zamanı hər hansı bir problem aşkar edilməyib. Eyni zamanda, qatarda olan sistemlər hər hansı bir problem göstərməyib. Bununla belə, ehtiyat və sərnişinin məlumatını yoxlamaq üçün qatara əlavə baxış keçirilib. Hər hansı bir problem müəyyən olunmayıb".
Aygün Mirakif
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Yeni sədr: "Metrodan daim istifadə edəcəyəm"
- Qanlı Yanvar günü səhərə kimi işləyən qatar sürücüləri: "Metro həmin gün sığınacaq idi"
- Vüsal Aslanov: "Bakı metrosunda geri dönüş tunelləri tikiləcək"
- Vüsal Aslanov: "Dərnəgül" stansiyasından gələn qatarlar "Xətai" stansiyasına kimi hərəkət edəcəklər"
- Metropolitenin iş rejiminə dəyişikliklər ediləcək
Rəylər