Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nəriman Nərimanovun heykəli istiqamətində gedən yolda mövcud olan PROBLEMLƏR
Baku TV-nin "Necə olmalıdır?" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə sürücülərin Mikayıl Müşfiq və İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində qarşılaşdıqları problem haqqında məlumat verilib.
Qeyd edilib ki, M.Müşfiq küçəsindən Nəriman Nərimanovun heykəli istiqamətində gedən nəqliyyat vasitələri üç zolaqla hərəkət edir. Lakin sağdakı zolaq yalnız sağa getməyi məcbur edir.
Vurğulanıb ki, Mikayıl Müşfiq küçəsində 3-cü zolağın yalnız sağa dönməni əmr etməsi sürücülərin hərəkətinə ciddi şəkildə mane olur.
"Onsuz da kəsişmədən sonra N.Nərimanovun heykəli istiqamətində velosiped zolağı davam etmir. Yaxşı olar ki, velosiped zolağını kəsişməyə 30-40 metr qalmış bitirsinlər və həmin boşluğu sağa yönləndirsinlər.
Hazırda sağa dönməni əmr edən zolağı isə həm düzünə, həm də sağa istiqamətləndirsələr, yaxşı olar", - deyə əlavə edilib.
Daha ətraflı videosüjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları"
- 72 gün dağda qalanların möcüzəvi qurtuluşu
- İrandan ölkəmizə göndərilən qidalar barədə XƏBƏRDARLIQ
- Xəzər sahillərində nə baş verir? - Xəbərlərin 20:00 buraxılışı
- Firudin Qurbansoy 2025-ci ildə insanları nələrin gözləməsindən DANIŞDI
Rəylər