Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nərimanov prospektində qəza: Avtomobil işıq dirəyinə çırpıldı
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a məlumat verilib.
Qeyd olunub ki, Nərimanov heykəli yaxınlığında BYD (Build Your Dreams) markalı avtomobil sürücünün idarəetməsindən çıxıb və arakəsmədə olan işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib, işıq dirəyi isə sıradan çıxıb.
Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
"Hadisə bu gün saat 09:15-də Yasamal rayonu N.Nərimanov prospektində qeydə alınıb. Hadisə BYD markalı 77-SP-846 dövlət nömrə nişanlı avtomobilin sürücü Nəcəf Oktay oğlu Allahverdiyevin idarəetməni itirməsi səbəbindən baş verib", - deyə açıqlamada bildirilib.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Mərdəkan yolunda qəzada həlak olan sürücü ilə bağlı yeni TƏFƏRRÜAT
- Bakıda iki nəfərin ölümü ilə nəticələnən avtoqəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xaçmazda avtomobil ağaca ÇIRPILDI: Ölən və yaralanan var
- Ucarda ağır qəzada xəsarət alan: "Maşını kənara çəkmək istəyəndə gördüm ki, "KamAZ"lar üstümə gəlir"
- Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı