Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 7A ünvanında yaşayış binasının qarşısındakı ağacın aşmaq təhlükəsi var.
Oxu.Az-a müraciət edən sakin bildirib ki, ağacın aşması binanın sakinləri, eləcə də ətrafda hərəkət edən insanlar üçün ciddi risk yarada bilər.
Sakin aidiyyəti qurumlardan ağacın ərazidən götürülməsinə köməklik göstərilməsini xahiş edib.
Görüntüləri təqdim edirik:
Qaynar xətt:
(055) 224 12 12