Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə Baş Prokurorluqdan AÇIQLAMA
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb. Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilmişdir.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilir ki, iş materiallarında hər hansı bir ziddiyyətli hal mövcud deyil.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yolverilməzdir.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- 15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən şəxs həbs olundu
- Bir neçə rayonda qanunsuz ağackəsmə faktı ilə bağlı ARAŞDIRMA - 44 min manatdan çox ziyan vurulub
- 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxs HƏBS OLUNDU
- Zaqatalada ağacların kəsilməsi ilə bağlı cinayət işi başlandı: Vəzifəli şəxslər işdən ÇIXARILDI
- Azərbaycanda təbiətə yüzminlərlə manat ziyan vuruldu - Cinayət işi açıldı