Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 08:45-də baş verib.
Belə ki, Məmməd Araz küçəsi ilə hərəkət edən “Audi” markalı avtomobil yolun qarşı tərəfinə çıxaraq “Mercedes” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində “Mercedes” markalı avtomobilin iki sərnişini yaralanıb.
Elvin Əhmədov
www.oxu.az