Masallıda dekabrın 15-də baş verən dəhşətli yanğının təfərrüatı məlum olub.
Cənub.az xəbər verir ki, hadisə rayonun Güllütəpə kəndində qeydə alınıb.
Yanğın zamanı 57 yaşlı Nəzərov Allahverən və altı yaşlı nəvəsi dünyasını dəyişib.
İlkin məlumata görə, yanğın qısaqapanma səbəbindən baş verib.
Yanğın zamanı A.Nəzərov ikinci mərtəbədə yatmış nəvəsini xilas etmək üçün evə girib. Lakin alov ona evdən çıxmağa maneə yaradıb.
Hadisə baş verən evdə altı nəfər yaşayırmış. Digər şəxslər xilas olub.
Faktla bağlı araşdırma aparılır.
View this post on Instagram
"Masallı" teqi üzrə xəbərlər
- 46 ildən sonra təmir edilən məktəbdə narazılıq: "Şagirdlər hər gün əlavə beş kilometr yol gedirlər" - VİDEO
- Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
- Masallıda əkin sahəsində meyit tapıldı
- Masallı sakinlərinin yol dərdi: Aidiyyəti qurum nə vaxt hərəkətə keçəcək? - VİDEO
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Digər xəbərlər