Futzal üzrə Avropa çempionatına hazırlıq məqsədi ilə Azərbaycan milli komandası yanvarda yoldaşlıq oyunu keçirəcək.
Oxu.Az xəbər verir ki, komandamız Belçikanın Borxloon şəhərində meydan sahibi ilə qarşılaşacaq. Görüş yanvarın 17-də keçiriləcək.
Qeyd edək ki, millimiz Avropa çempionatının final mərhələsinin keçiriləcəyi qonşu Niderlanda məhz bu oyundan sonra yollanacaq.