Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Nikosayağı”nın törətdiyi dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO
“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin paytaxtın Nizami rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Qeyd edək ki, gecə saat bir radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 1993-cü il təvəllüdlü Nicat Nafis oğlu Şakirli idarə etdiyi “Porsche” markalı 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobili qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi “Scania” markalı yük avtomobilinə vurub.
Qəza nəticəsində Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qəza nəticəsində zərərçəkmiş şəxslər, eləcə də yolda hərəkətin bərpası ilə bağlı zəruri tədbirlər görülüb, faktla bağlı araşdırma aparılır.
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- Avtokran sürücüsü cərimə protokolu ilə razı deyil: "Maşını sürə bilmirəm"
- Yol polisindən gizli buzlaşma ehtimalı ilə bağlı sürücülərə ÇAĞIRIŞ
- Sabah Bakının bir prospekti və bəzi küçələri BAĞLI OLACAQ
- Bakıda avtomobilin aşması ilə nəticələnən qəzanın detalları MƏLUM OLDU
- Bakıda qəza: KIA dörd avtomobili əzdi, özü AŞDI