Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Valideynləri illər öncə vəfat edən gəncin meyiti toyu ərəfəsində asılmış vəziyyətdə tapıldı
Lənkəranın Separadi kəndində 31 yaşlı gəncin meyiti tapılıb.
Kənd sakini Əhəd Əkbərlinin meyiti yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə aşkar edilib.
"Tərbiyəli, zəhmətkeş insan idi. Fəhlə işləyirdi. 10 gün idi ki, nişanlanmışdı. Oktyabrda toyu olacaqdı. Onun ölümü bütün kənd sakinlərini üzdü", - mərhumun qohumu Niyaməddin Məmmədov deyib.
Qeyd edək ki, Əhəd Əkbərlinin valideynləri illər öncə rəhmətə getdiyi üçün o, evdə tək yaşayırdı.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin materialında:

Lənkəranda 31 yaşlı kişinin meyiti tapılıb.
APA-nın məlumata görə, meyit rayonun Separadi kəndi ərazisində aşkarlanıb.
Kənd sakini 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərlinin meyiti yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə tapılıb.
Ə.Əkbərlinin evdə tək yaşadığı bildirilir. Məlumata görə, bu ay onun nişanı olacaqmış.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.