Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nişanlı cütlük qəzaya düşdü: Bir nəfərin vəziyyəti AĞIRDIR
Samuxda "Ford" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 1994-cü il təvəllüdlü K.Məmmədov və onun nişanlısı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
K.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar