Niyazi küçəsində təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, küçəyə döşənmiş qənbər daşlar asfalt örtüyü ilə əvəzlənib. Təmir işləri bu il iyun ayında keçiriləcək “Formula-1” yarışı ilə bağlıdır.