Səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlıdır.
Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bu küçələr ilə gələn avtomobillər İstiqlaliyyət küçəsindən sola tərəf hərəkət edə bilərlər. Eyni zamanda, Niyazı küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən (Azneft dairəsi) İstiqlaliyyət küçəsi ilə kəsişməsinə qədər olan hissəsi (hər iki tərəf) hərəkət üçün bağlıdır.
Qeyd edək ki, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.