Bakıda 3 gün əvvəl özünü yandıran şəxs xəstəxanada ölüb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bibiheybət qəsəbəsində üstünə benzin tökərək özünü yandıran 37 yaşlı Eldar Bəkirov bu gecə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Mərkəzində vəfat edib.
Ölüm faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Eldar Bəkirovun banka borcunun olduğu bildirilirdi.
İki gün əvvəl, fevralın 24-də isə Azərbaycanda daha 3 şəxs intihara cəhd etmişdi.
23.02.2016
Bakıda intihara cəhd olub.
Oxu.Az xəbər verir ki, Səbail rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 22-də axşam saatlarında Bibiheybət qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Eldar Akif oğlu Bəkirov sərxoş vəziyyətində üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə yerində olan şəxslərin köməkliyi ilə o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az