Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Oxu.Az-ın İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, bununla bağlı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev əmr imzalayıb.
Əmrə əsasən, Rafət Qurbanov Goranboy RİH başçısının müavini - sosial iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu vəzifəni Elçin İsmayılov yerinə yetirib. O, uzun müddət rayonun icra başçısı olmuş Nizaməddin Quliyevin dövründə də müavin vəzifəsində çalışıb.
N.Quliyev daha sonra Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2019-cu ilin 19 dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs edilib.
Daha sonra Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin əmri ilə Elçin İsmayılov işdən çıxarılıb.
İlhamə Əbülfət
"Ağstafa" teqi üzrə xəbərlər
- Ağstafada bağça əməkdaşları müdirdən şikayətçidirlər - Ağır ittihamlar var
- Azərbaycanda toyda kütləvi zəhərlənmənin DETALLARI: Ev yiyəsi danışdı
- Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi
- Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - Xəbərlərin 20:00 buraxılışı
- Azərbaycanda məktəbdə ÖZBAŞINALIQ: Direktor təhsil ocağını diskotekaya çevirib
Rəylər