Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Nizami” metrostansiyası təmirə bağlanacaq - ÖZƏL
Daha bir stansiyanın təmirə bağlanması gözlənilir.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, gələcəkdə “Nizami” metrostansiyasında təmir-bərpa işləri aparılacaq:
“Növbəti təmir işlərinin 2026-cı ildə “Nizami” stansiyasında olacağı gözlənilir. Stansiyada zəruri olan bütün infrastrukturlar yenilənəcək. Stansiyada bir sıra yüngül tədbirlər görülüb, platformada, eləcə də, divarlarda orijinallığı qorumaqla Nizaminin əsərləri üzərində işlər aparılıb.
Lakin eskalatorların istismar müddəti bitmədiyi üçün təmir işləri hələ başlanmayıb. Hazırda sərnişinlərin ixtiyarında olan eskalatorların istismar müddəti 2026-cı ildə bitdiyi və stansiya bir giriş-çıxışlı olduğu üçün, təmir işləri başa çatana qədər stansiya bağlana bilər”.
Könül Cəfərli
Video : İlhamə Kələyeva, Orxan Hüseynzadə
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər