Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. Belə ki, Suraxanı rayon sakini Elxan İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 45 yaşlı Babazadə Sevda Əli qızını vurub. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Olay yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.
Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada Sevda Babazadə qəfil yola çıxıb. "Mercedes"in sürücüsü qəzadan yayınmağa cəhd etsə də, bu mümkün olmayıb.
Qeyd edək ki, qəza baş verən yerdən təxminən 100 metr aralıda piyada keçidi yerləşir.
1 saylı şəhər kliniki xəstəxanasından verilən məlumata görə, ağır kəllə-beyin travması ilə xəstəxanaya gətirilən 45 yaşlı qadının vəziyyəti ağırdır. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza ilə bağlı Nobel prospektində tıxac yaranıb. Qəza törədən maşın cərimə meydançasına aparıldıqdan sonra, yolda nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
19:45
Bu dəqiqələrdə Nobel prospektində ağır nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, “Mersedes” markalı avtomobil yoldan keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hadisə yerinə hələlik polis və təcili yardım maşını gəlib çıxmayıb.
Qəza səbəbindən yolda tıxac var.