Dünəndən sosial şəbəkələrdə, hətta bəzi xəbər portallarında Olqa Yemelyanenko adlı RF vətəndaşının Nərimanov və Yasamal rayonlarında uşaq bağçalarından uşaqları oğurlayaraq yerli rus mafiyasına satdığı xəbəri yayılıb.
Xəbərə, hətta şübhəli bilinən şəxsin fotosu belə əlavə edilib.
Bu məlumatın həqiqətə uyğun olmasından şübhələnən Oxu.Az redaksiyası araşdırma aparıb. Nəticədə isə aydın olub ki, qadın 2013-cü ilin avqustunda Vladivostokda dələduzluq üstündə həbs edilib.
Belə ki, 2013-cü il iyulun 16-da Rusiyanın Vladivostok şəhərinin Yeniseyski küçəsində 70 yaşlı sakin qadınla kişiyə 120 min rubl pul verib.
“Dələduzların qurbanına çevrildiyini anlayan həmin şəxs polisə müraciət edib. Əməliyyat məlumatına görə, şübhəli şəxslərin hərəkətlərindən bir neçə Vladivostok sakini zərər çəkib”, - deyə, Vladivostok polisinin bəyanatında deyilir.
Beləliklə, son günlər Facebook-un Azərbaycan seqmentində yayılan məlumat sadəcə hansısa şəxsin xəstə təxəyyülünün məhsuludur.