Ağçay kənd sakinləri kəndə gedən yolun yenidən qurulmasına görə nazirə minnətdarlığını bildiriblər.
Oxu.Az xəbər verir ki, 2014-cü il 16 may tarixində nəqliyyat naziri Ziya Məmmədov Qax şəhərində Balakən, Zaqatala və Qax rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri əsasən regionlarda nəqliyyatla bağlı problemlərinin araşdırılması və həll edilməsi, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin təmiri və tikintisi, işə qəbul və digər məsələlərlə əlaqədar olub.
Nazir tərəfindən fərdi qaydada qəbul edilən bir çox vətəndaşın müraciəti yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılaraq həll olunması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn Qax rayonunun Ağçay kənd sakinləri bir müddət əvvəl onların müraciətləri əsasında kəndə gedən 1,2 km yolun yenidən qurulması və asfaltlanmasında göstərdiyi köməyə görə nazirə minnətdarlığını bildiriblər.