Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nurulla Siracov arzusuna çatdı: Günlər sonra yaralanan xanımını gördü
Aktauda təyyarə qəzasından sonra həyat yoldaşı Müslümat Siracova ilə əlaqə saxlaya bilmədiyini deyən Nurulla Siracov bu gün ona qovuşub.
Oxu.Az xəbər verir ki, bu barədə "Yeni Klinika"nın mətbuat katibi Nuridə Allahyarova "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.
Görüntülərdən aydın olur ki, N.Siracov xəstəxana rəhbərliyinin müşayiəti ilə ötən gün klinikaya gətirilən həyat yoldaşına baş çəkir. Otağın qapısından onu izləyən N.Siracov göz yaşlarını saxlaya bilmir.
Qeyd edək ki, əslən Zaqatala rayonunun Danaçı kəndindən olan ər-arvad Siracovlar dekabrın 25-də Bakıdan Qroznıya uçan və Aktau yaxınlığında qəza enişi edən təyyarədə olublar. N.Siracovun xəstəxanadan çəkilmiş videosunda həyat yoldaşının qəza anında yanında oturduğunu, lakin ayılandan sonra onu görmədiyini, həyat yoldaşı üçün darıxdığını bildirmişdi.
Əvvəlcə M. Siracovanın qəzada həlak olduğu bildirilsə də, sonradan onun adı sağ qalanların siyahısında açıqlanıb. Bir müddət Qazaxıstanda müalicə alan M. Siracova ötən gün həyat yoldaşının müalicə olunduğu "Yeni Klinika"ya təxliyə olunub.
Həmin görüntüləri təqdim edirik:
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI
- Aktauda qəzaya uğrayan AZAL təyyarəsinin qalıqları hadisə yerindən daşındı
- Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"
- Aktau faciəsində xilas olan Toğrul Cəfərov: "Pilot bizi suya eniş üçün hazırladı"
- Ferhad Aznevi: "Rusiya bütün hallarda AZAL təyyarəsi qəzasına görə məsuliyyət daşıyır"
Rəylər