Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qəzadan sağ çıxan həmyerlimiz: "Yoldaşımla görüşməyə tələsirəm, bircə darıxdığım odur"
"Buradakı şəraitdən razıyıq, bundan daha yaxşı olmur".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu təyyarə qəzasından sonra Qazaxıstandan Azərbaycana gətirilən Zaqatala rayon sakini Nurulla Siracov söyləyib.
"Barmağım qırılıb, gipsdədir, bir də əziklərim var. Qazaxıstanda bizə yaxşı baxdılar. Burada da yaxşı qayğımıza qalırlar. Bütün şəraitdən razı qaldıq. Bundan daha yaxşı olmur - o qədər yaxşı baxırlar", - deyə o qeyd edib.
Siracov həyat yoldaşından bixəbər olduğunu vurğulayıb: "Yoldaşımın harada, necə olduğunu bilmək istərdim. Onunla görüşməyə tələsirəm. Təyyarədə yanaşı oturmuşduq. Ondan sonra onu görməmişəm. Bircə darıxdığım yoldaşımdır".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Əli Əsədov təyyarə qəzasından sonra yardıma görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirdi
- Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub
- Primakovun Baku TV-yə qarşı təhdidlərinin arxasında nə dayanır?
- MEDİA: "XİN-in adından yayılan feyk məlumat ölkəmizə qarşı dezinformasiya kampaniyasıdır"
- AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta MƏLUMAT YAYILDI
Rəylər