Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

17 yaşlı gənc şəxsiyyət vəsiqəsində "qız", məlumat bazasında "oğlan" kimi qeyd olunub - TƏFƏRRÜAT
Həm doğum şəhadətnaməsində, həm də şəxsiyyət vəsiqəsində qız yazılıb. Lakin, məlumat bazasında oğlan kimi qeydiyyatdadır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, tragikomik hadisə ilə Masallı rayonunun Eminli kənd sakini üzləşib.
Belə ki, valideynləri 16 yaşında qızın şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün "ASAN xidmət"in Masallı şöbəsinə müraciət ediblər. Müraciət zamanı məlum olub ki, qızın məlumat sistemində cinsi oğlan kimi qeydiyyata alınıb. Bu səbəbdən vəsiqənin yenilənməsi mümkün olmayıb.
Qızın babası Adəm Əhmədov deyir ki, bu məsələ ailəni ciddi narahat edib. Onlar sənədlərdəki səhvin rəsmi qurumların texniki və ya diqqətsizlik səbəbindən baş verdiyini deyirlər. Valideynlər qızlarının sənəd probleminin tezliklə həll olunmasını istəyir. Çünki bir neçə aydan sonra övladları 11-ci sinfi bitirib ali məktəb imtahanlarında iştirak etmək istəyir.
Yaranan problemlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, nazirliyin məlumat sistemində həmin vətəndaşın anket məlumatları qız kimi qeyd edilib. Vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, məsələnin araşdırılması məqsədilə vətəndaşın Ədliyyə Nazirliyinə müraciət etməsi tövsiyə edilir. Vətəndaşın müraciəti araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətə baxılacaq.
Ətraflı süjetdə:

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Azadlıq prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət götürüldü
- "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq yarandı
- Kameralı eynək almaq istəyənlərin NƏZƏRİNƏ: Zərəri xeyrindən də çoxdur
- Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı
- Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU
Rəylər