Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, rayon ərazisində “Mercedes” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, sürücünün 49 yaşlı anası aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.