Oğuzda halı pisləşən yaşlı kişi ölüb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhər bazarında baş verib. Bazarda toxum satışı ilə məşğul olan 78 yaşlı Fərəc Fərəcovun halı pisləşib və yıxılıb.
Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı F.Fərəcovun yüksək təzyiqdən ölməsi müəyyənləşdirilib.
Fakt araşdırılır.