İmişlidə yol qəzası baş verib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Otuziki kəndi ərazisində qeydə alınıb. İmişli rayon sakini, 1977-ci il təvəllüdlü Qarayev Qarakişi Ənvər oğlu idarə etdiyi “Mitsubishi” markalı maşını kanala aşırıb.
Qəza zamanı müxtəlif xəsarətlər alan sürücü İmişli Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.