Oğuz rayonu, Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan yeddi nəfər (iki kişi, beş qadın) avqustun 25-də saat 12:00-da Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Kərimli kəndi ərazisində qeydə alınıb.
Sürücünün idarəetməni itirməsi nəticəsində "Mercedes" markalı, 10-XS-235 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində yeddi nəfərin yüngül xəsarətlə xəstəxanaya müraciət etdiyi bildirilir.