Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oğuzda baş verən yanğınla bağlı məlumat yayıb.
Oxu.Az-a nazirlikdən verilən məlumata görə,yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub.
Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.
Hava şəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.
15:33
Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub və yanğınsöndürmə işlərinə başlanıb.
Əlavə məlumat veriləcək.
E.Ə.
www.oxu.az