Oğuzda şagird dərs zamanı xəsarət alıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhər 3 saylı məktəbdə qeydə alınıb.
Məktəbin 6-cı sinif şagirdi Elnarə Şəfiyeva idman dərsində qaçarkən ehtiyatsızlıqdan futbol qapısının dəmir dirəyinə çırpılıb.
Ağır xəsarət alan qız xəstəxanaya çatdırılıb.
Onun baş nahiyəsindən xəsarət aldığı bildirilir.