Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Oğuzda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ
Oğuzda sirkə turşusundan zəhərlənən 56 yaşlı qadın xəstəxanada ölüb.
APA-nın məlumatına görə, bu gün günorta saatlarında rayonun Bucaq kənd sakini, 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva ağır zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə daxil olub.
Müayinə zamanı L. Musayevanın sirkə turşusundan zəhərləndiyi məlum olub. L. Musayeva axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
"Oğuz rayonu" teqi üzrə xəbərlər
- Sakinləri Ərmənət kəndindən niyə baş götürüb qaçırlar? - Evləri ola-ola kirayə yaşamağı seçirlər
- Oğuzun Mollalı kənd sakinləri sel təhlükəsi ilə üz-üzə: "45 ailəyə ziyan dəyib"
- Oğuzda sahibsiz itlər əhalini qorxuya salır
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub
- Ayıq sürücü kimi məclisə aparılmışdı, qəzada öldü
Ən çox oxunanlar