Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisində taxıl sahəsi və meşə yanğın söndürülüb.
“Report” xəbər verir ki, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, kənd ərazisində 5 hektara yaxın biçilməmiş taxıl sahəsi yandıqdan sonra alov meşəyə keçib. Hadisə yerinə Oğuz rayonundakı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və xeyli sayda şəxsi heyəti cəlb olunub.
20:17
Oğuz rayonunun Xalxal-Qışlaq kəndi ərazisində taxıl sahəsi və meşə yanır.
“Report” xəbər verir ki, hadisə bir qədər əvvəl baş verib.
Belə ki, kənd ərazisində 5 hektara yaxın biçilməmiş taxıl sahəsi yandıqdan sonra alov meşəyə keçib. Hadisə yerinə Oğuz rayonundakı Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən texnikası və xeyli sayda şəxsi heyəti cəlb olunub.
Hazırda yanğın davam edir.