Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Oktyabrın 29-na olan HAVA PROQNOZU
Azərbaycan ərazisində oktyabrın 29-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah güclü külək bəzi insanlarda narahatlıq hissi yarada bilər
- Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
- Sabahın hava proqnozu AÇIQLANDI - 25.11.2024
- Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- Havanın temperaturu 4-8 dərəcə enəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
Rəylər