Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb
Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb.
Bu barədə "Report"a açıqlamasında sabiq hakim özü bildirib.
O, idmandan fərqli sahədən iş təklifi aldığı üçün belə qərar verdiyini deyib:
"Artıq bir həftədir ki, ayrılmışam. Başqa işə keçməyimlə əlaqədar öz istəyimlə istefa vermişəm. Yeni işim fərqli sahə üzrədir, idmanla bağlı deyil. Ancaq paralel olaraq idmanda da qalacağam. Hazırda futzalda hakim-inspektor kimi fəaliyyət göstərirəm".
Qeyd edək ki, Ə.Həmzəyev 2023-cü ildən Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru idi.
"Ağcabədi rayonu" teqi üzrə xəbərlər
- Ağcabədidə qida məhsullarının saxlandığı anbarda istehlaka yararsız məhsullar aşkarlanıb
- Ağcabədidə 13 yaşında ana olduğu deyilən qız ailəsinə TƏHVİL VERİLDİ
- Ağcabədidə ailəsi 13 yaşında ana olan qızından İMTİNA ETDİ
- Həbsdən yeni çıxan şəxs dörd otaqlı evini yandırdı
- Ağcabədidəki ağır qəza nəticəsində yaralananların SON VƏZİYYƏTİ AÇIQLANDI
Ən çox oxunanlar