Bu gün Ölkə.az xəbər portalı 12 yaşını qeyd edir.
Oxu.Az xatırladır ki, sayt 2014-cü ildən fəaliyyətə başlayıb.
Ölkəmizdə qısa müddət ərzində müstəqil informasiya siyasəti həyata keçirən media qurumu kimi tanınan Ölkə.az saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Həmçinin saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Sayt siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Media orqanının işinin qurulmasında və aparılmasında redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər.
Oxu.Az kollektivi Ölkə.az saytında çalışan həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır!