Bakıda OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın ev sahibliyi ilə təşkil olunan iclasa OPEC-in Baş katibi Haysam Əl-Qays sədrlik edib.
Qeyd edək ki, texniki komitənin ilk iclası 2025-ci ilin noyabrında keçirilmiş OPEC və qeyri-OPEC ölkələrinin 40-cı nazirlər iclasında əldə olunmuş qərarların davamı olaraq təşkil olunub.
Bakıda OPEC+ ölkələrinin Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə təşkilata üzv ölkələrin rəsmiləri iştirak edirlər.
Tədbir çərçivəsində OPEC+ katibliyinin təqdimatı baş tutacaq, komitəyə sədr seçiləcək.
Habelə, 2027-ci ildən sonrakı dövr üçün fəaliyyətləri, proqramları və iclasları üzrə Texniki Komitənin İş Planının layihəsi qəbul olunacaq.
Daha sonra tədbir müzakirələrlə davam olunacaq.
Daha çox foto burada: PhotoStock.az