Ölkə üzrə avtobuslardan istifadə edənlərin sayı 57 milyon 791.6 min nəfər artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, avtobuslardan istifadə edənlər 2024-cü ilin ilk yeddi ayında 947 milyon nəfər, 2025-ci ilin müvafiq dövründə isə 1 milyard 5 milyon nəfər olub.