Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən gün 33 190 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 831, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 805, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 554 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 460 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 071 264, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 555 457, buster doza üzrə vaksinasiya olunanların sayı isə 833 399 təşkil edir.
