Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ölkədə bu il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub
Azərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.
Ölkədə 1 iyul 2023 - 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq.
1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınların - 64 il olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır.
Həmçinin, bu maddəyə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
"Əmək pensiyası" teqi üzrə xəbərlər
- Bu ilin ilk iki ayında əmək pensiyası təyin olunan şəxslərin SAYI AÇIQLANIB
- Həbs edilən sabiq məmurun şok əməlləri - 6.5 milyonluq fırıldaq
- Əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısı genişləndirilir
- Milli Məclis qanunvericiliyə Azərbaycan işarət dili anlayışının əlavə edilməsini qəbul edib
- Vüqar Bayramovdan çoxuşaqlı valideynlərin pensiya yaşı ilə bağlı TƏKLİF