Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 86 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 967 069, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 101, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 487, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 292 nəfər təşkil edir.
