Azərbaycanda doğulanların sayı azalıb, ölənlərin sayı artıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40 798 doğulan körpə qeydə alınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 818 körpə azdır.
Doğulan körpələrin 53.5 faizi oğlan uşaqları, 46.5 faizi isə qız uşaqları olub.
Altı ayda 30 625 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 225 ölüm halı çoxdur.
Qaynar xətt:
(055) 224 12 12