İtaliyanın "Kalyari" futbol klubunun şərəfini qoruyan fransız hücumçu Yael Trepi hovuzda üzləşdiyi qəfil insident səbəbindən təcili olaraq xəstəxanaya yerləşdirilib.
Oxu.Az "Unione Sarda" qəzetinə istinadən xəbər verir ki, bazar günü axşam saatlarında Trepi hovuzda olarkən qəfildən huşunu itirib.
Qeyd olunur ki, gənc oyunçu helikopter vasitəsilə dərhal xəstəxanaya çatdırılıb və hazırda reanimasiya şöbəsindədir.
Xatırladaq ki, 20 yaşlı Trepi "Kalyari"nin yetirməsidir və 2026-cı ilin fevralından etibarən əsas komandanın heyətində çıxış edir. O, ötən mövsüm ərzində klubun forması ilə səkkiz oyuna çıxaraq rəqib qapısından bir top keçirib.