İtaliya A Seriyasının VI turunda "Kalyari" və "Yuventus" komandaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, "Unipol Domus" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Matçın 20-ci dəqiqəsində Daniel Maldini "Kalyari"ni hesabda önə keçirib. "Yuventus"un hücumçusu Randal Kolo Muani 81-ci dəqiqədə fərqlənərək komandasına bir xal qazandırıb.
Bu nəticədən sonra 13 xalı olan "Kalyari" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 11 xala malik "Yuventus" isə altıncı yerdədir. Turnir cədvəlinə isə 16 xalla "İnter" liderlik edir. Eyni xala malik "Latsio" ikinci pillədə qərarlaşıb.