Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ölkədə hacıların sayı daha 4 min nəfər artdı
Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarların ilk qrupu bu gün axşam saat 19.00-da vətənə qayıdacaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.
O deyib ki, zəvvarlarımız son ayinləri başa vurublar. Zəvvarların geri dönüşü hər gün olmaqla oktyabrın 29-dək davam edəcək.
M.Payızov bəzi zəvvarların qrip xəsətəliyinə də yoluxmasına münasibət bildirib: “Zəvvarlarımızın bir neçəsi qrip xəstəliyinə yoluxub. Bu da Məkkə kimi yerdə təbii qarşılanmalıdır. Çünki 4 milyondan çox zəvvarın olduğu yerdə müxtəlif xəstəliklər olur. Bunun üçün də QMİ əvvəlcədən qabaqlayıcı tədbirlər görüb. Zəvvarlarımız narahatçılığı üçün heç bir əsas yoxdur.”
Xatırladaq ki, bu il 3 700 azərbaycanlı zəvvar Həcc ziyarətinə gedib.