“Azərbaycanda koronavirusdan vəfat edənlər arasında 60-69 yaş arası olanlar üstünlük təşkil edir ki, bu da ümumi yoluxmaların 43 faizini təşkil edir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Sədr qeyd edib ki, Azərbaycanda ən çox koronavirusa yoluxma 50-59 yaş arasındadır:
“Qadınlar arasında koronavirusa yoluxanların sayı isə 54 faiz təşkil edir”.
İlhamə Əbülfət